ABŞ-İran danışıqları: Bəzi detallar bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-İran danışıqları: Bəzi detallar bəlli oldu

Siyasət

11 Aprel 2026 18:31 661


İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Xəbərə görə, İran nümayəndə heyətinin müvafiq komitələrinin bir neçə üzvü danışıqların keçirildiyi məkana yola düşüb. pizza sifarişi

IRIB-in məlumatına əsasən, Tehran Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqlara başlamaq qərarını yalnız Vaşinqton tərəfinin İslam Respublikasının aktivlərinin dondurulmasının ləğvi şərtini qəbul etməsindən sonra verib.

Tehranın iki əsas tələbindən biri - aktivlərin dondurulmasının ləğvi - ABŞ nümayəndə heyəti ilə razılaşdırılıb. Digər tələb olan Livanda atəşkəs məsələsi isə hazırda müzakirə mərhələsindədir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!