ABŞ İranı Gürcüstan ərazisindən bombalayacaq?   - Detallar bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İranı Gürcüstan ərazisindən bombalayacaq? - Detallar bəlli oldu

Siyasət

01 Aprel 2026 21:34 1537


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ağır hərbi-nəqliyyat təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına qısamüddətli eniş edib.

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə aid “Boeing C-17 Globemaster III” tipli təyyarə Almaniyadan Gürcüstana gələrək paytaxt Tbilisidə yerləşən hava limanına enib.

Təyyarə burada təxminən yarım saat qaldıqdan sonra cənub istiqamətində uçuşunu davam etdirib. Toyuqlu pizza

ABŞ-ın Gürcüstandakı səfirliyi hadisəyə münasibət bildirərək enişin tərəfdaşlarla koordinasiya çərçivəsində həyata keçirilən standart hərbi-nəqliyyat əməliyyatı olduğunu açıqlayıb.

Bununla belə, bir sıra ekspertlər və Gürcüstan müxalifəti hadisəni daha geniş geosiyasi proseslərlə əlaqələndirir. Onların fikrincə, ABŞ-ın regionda hərbi aktivliyinin artması, o cümlədən dövlət katibi Marko Rubio ilə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında baş tutan telefon danışığı İran ətrafında gərginliyin artması fonunda baş verir.

Mütəxəssislər qeyd edir ki, Gürcüstanın coğrafi mövqeyi, İran sərhədinə təxminən 160 km məsafədə yerləşməsi ölkəni strateji baxımdan mühüm tranzit nöqtəsinə çevirir. Bu baxımdan ABŞ üçün Gürcüstan infrastrukturuna marağın artması mümkün hərbi ssenarilərlə əlaqələndirilir.

Mövzu ilə bağlı açıqlama verən müxalif siyasətçi Tamar Çergoleişvili bildirib ki, Vaşinqtonun Tbilisiyə diqqətinin artması Gürcüstanın ABŞ-ın strateji maraq dairəsində qalmasının göstəricisidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!