Suriyada İŞİD-in əlindəki torpaqların 99,5%-dən çoxu alınıb. Yaxın bir- iki həftə ərzində terror təşkilatının nəzarətindəki torpaqların hamısının alınacağı gözlənilir”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri mətbuat konfransında ABŞ Müdafiə naziri vəzifəsini icraedən Patrik Şanahan deyib. O bildirib ki, İŞİD-in artıq qüvvə toplamaq gücü yoxdur.
“Suriya artıq onlar üçün təhlükəsiz bölgə deyil. Onların lider heyətinin çoxunu aradan qaldırmışıq. Maliyyə imkanlarını əhəmiyyətli dərəcədə geri salmışıq. Onların bir vaxtlar yerə göyə sığışdırmadığı sosial mediyalarının da böyük bir qismini məhv etdik. Əhali sıxlığı olan mühüm mərkəzlərə artıq nəzarət etmirlər. İŞİD-in əlindəki torpaqların 99,5 faizindən çoxu suriyalılara qaytarılıb. Bir- iki həftə ərzində bu, 100 faiz olacaq”. pizza sifarişi
O, Suriyadakı hərbi əməliyyatları belə xarakterizə edib: “ Terrorizm riski və kütləvi köç əhəmiyyətli dərəcədə azaldılıb".
Əsmər Qabil
Telegram kanalımız