ABŞ karantin rejimini yumşaldır   – Restoranlar açılır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ karantin rejimini yumşaldır – Restoranlar açılır

Maraqlı

25 Aprel 2020 14:02 1390


ABŞ-ın 3 ştatında koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qadağalar yumşaldılıb. 

Yenisabah.az xəbər verir ki, Corciya və Oklahoma ştatlarında boulinq salonları, gözəllik salonları, spa mərkəzlərinin fəaliyyətinə icazə verilib. Alyaskada isə restoranlara və pərakəndə satış yerlərinə tətbiq olunan qadağa aradan götürülüb. Lakin Alyaskanın bəzi bölgələri qaydalara ciddi riayət etməyə hələ də davam edir. 

Bildirək ki, hər üç ştatda açılan mağaza və restoranlara gedəcək müştərilərin sosial məsafə qaydasına əməl etmələri gözlənilir. Corciyada bazar ertəsi kinoteatrların da fəaliyyətinə icazə veriləcəyi gözlənilir.  Toyuqlu pizza

Con Hopkins Universitetinin məlumatlarına əsasən, ölkədə 809 min 524 nəfərdə COVİD-19 aşkarlanıb. Virus səbəbilə həyatını itirənlərin sayı isə 51 min 17 nəfərdir.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!