“ABŞ-la Rusiyanın toqquşma riski artır“ - XİN

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-la Rusiyanın toqquşma riski artır“ - XİN

Dünya

01 İyun 2022 12:32 773


"Ukraynaya istənilən silah tədarükü Rusiya Federasiyası ilə ABŞ arasında birbaşa toqquşma riskini artırır".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, qeyd edib ki, ABŞ uzun illər Ukrayna münaqişəsinin həlli üçün nəsə etməyə cəhd göstərməyib. "Rusiyanın "xüsusi hərbi əməliyyatı" başlayandan sonra isə vəziyyətə məsuliyyətli, ağıllı yanaşmanın qalıqları sadəcə olaraq dağıdılıb. İndi Vaşinqton Rusiyanı strateji cəhətdən məğlub etmək üçün hər şeyi etməyə çalışır". Dördpendirli pizza

Bundan əvvəl Ağ Ev bildirmişdi ki, ABŞ Ukraynaya yeni hərbi yardım paketini təqdim edəcək. Bu paketə HIMARS raket sistemləri də daxildir.

Eyni zamanda, ABŞ-ın Kiyevə verdiyi raket sistemlərinin Ukrayna ərazisindən kənardakı hədəfləri vura bilməyəcəyi qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!