ABŞ məşqçisi İran bayrağına görə üzr istəyib

ABŞ məşqçisi İran bayrağına görə üzr istəyib

Dünya Veb saytların hazırlanması

29 Noyabr 2022 07:55 743


ABŞ milli yığmasının baş məşqçisi Qreq Berhalter (Gregg Berhalter) İranın dövlət bayrağının təhrif edilməsinə görə üzr istəyib.

Bundan əvvəl ortasındakı “Allah” sözü çıxarılmış bayraq şəkillərindən ABŞ Dünya Kuboku komandasının sosial media postlarında istifadə olunmuşdu.

BBC yazır ki, bu fotolar sonradan sosial media şəbəkələrindən silinib.

Buna baxmayaraq İranın Futbol Federasiyası insidentlə bağlı FIFA-ya şikayətlə müraciət edib.

ABŞ yığmasının məşqçisi deyib ki, “bəzən nəzarətimizdən çıxan məsələlər olur”: "Biz futboldan kənarda olan belə məsələlərə çox da diqqət yetirmirik. İndi edə biləcəyimiz yeganə şey oyunçularımız və heyətimiz adından üzr istəməkdir, amma bu, bizim etdiyimiz bir iş deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!