ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət etdi 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət etdi 

Rəsmi

27 Sentyabr 2024 12:17 1764


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) Anım Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib. 

"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. 

O, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.  Dominos pizza

"Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik", - deyə paylaşımda qeyd edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!