ABŞ-nin Azərbaycandakı səfirliyindən Ağdamdakı mina partlayışına  REAKSİYA

ABŞ-nin Azərbaycandakı səfirliyindən Ağdamdakı mina partlayışına REAKSİYA

Siyasət Veb saytların hazırlanması

06 Dekabr 2023 01:34 542


“Bu gün Ağdam rayonunda minaların zərərsizləşdirilməsi sahəsində çalışan mütəxəssisin xəsarət alması xəbəri bizi kədərləndirdi”. 

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "Facebook" hesabında yazılıb.

“Biz ona ən tez zamanda sağlamlığına qovuşmağı arzu edirik. Biz həmçinin minalardan həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycana ərazilərin minalardan təmizlənməsi işində yardım edən sadiq tərəfdaşdır. 2021-ci ilin noyabr ayından etibarən ABŞ münaqişədən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 3,5 milyon dollar ayırıb” - səfirliyin açıqlamasında qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!