ABŞ-nin İrana qarşı müharibəsi neçəyə başa gəldi? - Fantastik rəqəmlər AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin İrana qarşı müharibəsi neçəyə başa gəldi? - Fantastik rəqəmlər AÇIQLANDI

Dünya

07 Aprel 2026 21:59 439


Ekspertlərin hesablamalarına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri təxminən 30 milyard dollar təşkil edib.

"Yeni Sabah" bu barədə "Financial Times" nəşrinə istinadən xəbər verir.

Amerika Sahibkarlıq İnstitutunun baş elmi işçisi Eleyn Makkasker nəşrə bildirib ki, fevralın 28-dən etibarən İrana qarşı aparılan hərbi kampaniyanın dəyəri 22,3 milyard dollardan 31 milyard dollara qədər dəyişib. Marqarita pizza

Rəsmi məlumatlara əsasən, əməliyyatlar zamanı 13 ABŞ hərbçisi həlak olub, 300-dən çox hərbçi isə yaralanıb. Maddi xərclərlə bağlı ekspertlər qeyd edirlər ki, ümumi məbləğə avadanlıq və hərbi texnikanın dəyişdirilməsi və təmiri üçün ayrılan 2-3,6 milyard dollar da daxildir.

Ən böyük xərclərdən biri yanğından sonra "Gerald Ford" aviadaşıyıcısının təmiri və Qətərdə İran PUA-ları tərəfindən zədələnmiş erkən raket xəbərdarlıq sisteminin bərpası olub. Bundan əlavə, Səudiyyə Ərəbistanındakı ABŞ Hərbi Hava Qüvvələrinin aviabazasına endirilən zərbə nəticəsində ciddi zədələnmiş uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsinin ("Boeing E-3 Sentry") dəyişdirilməsi üçün təxminən 700 milyon dollar tələb olunub. Həmçinin İordaniya və Qətərdə yerləşən iki yerüstü radiolokasiya stansiyasının təmiri üçün 485 milyon dollar xərclənib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!