ABŞ-nin yeni səfiri etimadnaməsinin surətini təqdim etdi 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin yeni səfiri etimadnaməsinin surətini təqdim etdi 

Siyasət

15 Dekabr 2023 20:09 679


Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. 

Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.  Sezar pizza

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. 

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. 

C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb. 

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!