ABŞ nümayəndəsi Türkiyəyə gedir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ nümayəndəsi Türkiyəyə gedir

Dünya

30 Aprel 2019 15:30 943


ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və nazir müavini Coel Reybern bu gün Türkiyəyə gedəcəklər. 

“Yeni Sabah” xəbər verir ki, sözügedən görüşün yazılı təsvirini yayımlayan ABŞ xarici işlər naziri bu gün başlayacaq ziyarətin 2 maya qədər davam edəcəyini bildirib. ABŞ-ın Türkiyə rəsmiləri ilə Suriya ilə bağlı danışıqlar aparacağı açıqlamada qeyd olunub: 

“ABŞ Suriyadakı ordusunu azaldarkən, Türkiyənin də Şimali Suriyadakı qanuni təhlükəsizlik qayğıları ələ alınacaq. Suriyanın sabitlik və təhlükəsizlik məsələləri müzakirə ediləcək”.  pizza sifarişi

Ceyms Cefrinin Ankaradan sonra Cenevrə şəhərinə gedərək orada Misir, Fransa, Almaniya, Səudiyə Ərəbistanın xüsusi nümayəndələri ilə də Suriya məsələsi ilə bağlı danışıqlar aparacağı gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!