ABŞ prezidenti və xanımı təcili təxliyə edildi - İnsident

saytların hazırlanması

Evə çatdırılma

ABŞ prezidenti və xanımı təcili təxliyə edildi - İnsident

Dünya

05 İyun 2022 08:53 976


ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Bayden kiçik şəxsi təyyarə səhvən məhdudlaşdırılmış hava məkanına daxil olduqdan sonra tətil evlərindən qısa müddətə təxliyə edilib.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bunu ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi bildirib.

Onun sözlərinə görə, təyyarə dərhal məhdudlaşdırılmış hava məkanından çıxarılıb. Şəxsiyyəti məlum olmayan pilotla müsahibə aparılacaq. pizza

Entoni Quqlielmi deyib: “İlkin araşdırma göstərdi ki, pilot lazımi radiokanalda olmayıb, NOTAMS-a (təyyarəçilər üçün bildiriş) və dərc olunmuş uçuş təlimatına əməl etməyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!