Rusiyanın dünyanı nüvə ilə təhdid etməsi diqqəti yenidən bu məsələyə yönəldib. Bəzi mütəxəssislər isə təhlükə üçün ciddi əsas olmadığını düşünürlər. Onların iddiasına görə, ABŞ Rusiyanın bütün nüvə anbarlarını nəzarətə götürdüyündən dünyanı hər hansısa təhlükə gözləmir.
Azad Demokratlar Partiyasının (AzDP) sədir Sülhəddin Əkbər yaranmış vəziyyəti şərh edib.
O, Yenisabah.az-a açıqlamasında bildirib ki, indiki situasiyanı məntiqlə izah etmək çətindir: Sezar pizza
“Rusiyanın nüvə silahından istifadə etmə təhdidi dünyanı narahat edir. Dünyanın aparıcı kəşfiyyat orqanları təhlükə barəsində araşdırma aparır. Kosmik, agentlik, siqnal, radar, aviasiya və digər kəşfiyyat sahələri təhlükə ilə bağlı səfərbərdir. Aparıcı kəşfiyyat orqanın asahib ABŞ belə Putinin bu addımı atıb-atmayacağını dəqiq bilmir. Nüvə silahından istifadə ilə bağlı yaxın gələcək üçün müəyyən təxminlər və proqnozlar vermək olar.
Rusiya hökumətinə və Putinə bir sıra xəbərdarlıqlar edilib. Təhlükəli addım atacağı təqdirdə, layiqincə cavab alacağı diqqətə çatdırılıb. Qabaqlayıcı zərbələrlə üzləşəcəkləri bildirilib. Hadisələrin dinamikasını gələcək göstərəcək. Məntiqlə təhlil etmək yaranmış vəziyyət üçün keçərsizdir. Çünki uduzan Putin Rusiyası məntiqlə hərəkət etməyəcək. Məntiqli çıxış yolu olsaydı, suala konkret cavab vermək daha rahat olardı.Təhlükə dünya üçün aktual olaraq qalır. Risk minimum olsa belə maksimum diqqət göstərilməlidir”.
Nəsimi Ələsgərli
Telegram kanalımız