ABŞ Qarabağ üçün 2 milyon dollar ayıracaq

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Qarabağ üçün 2 milyon dollar ayıracaq

Siyasət

12 Sentyabr 2022 07:36 828


ABŞ Qarabağ müharibəsindən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 000 000 dollar yardım ayıracaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Minalar və partlamamış hərbi sursatlar mülki insanları öldürməyə və şikəst etməyə, iqtisadi inkişafı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına mane olmağa davam edir. Bu vəsait ölümcül minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki potensialını gücləndirməyə kömək edəcək. Bu səylər insanların təhlükəsizliyinin gücləndirilməsi və məcburi köçkünlərin öz evlərinə qayıdıb həyatlarını təhlükəsiz şəkildə bərpa etmələri üçün həlledici rol oynayır", - deyə bildirilib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!