ABŞ qorxuda: Ukraynadan sonra Putin Ermənistana əl gəzdirəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ qorxuda: Ukraynadan sonra Putin Ermənistana əl gəzdirəcək

Dünya

22 Yanvar 2024 09:35 771


Əgər Ukrayna uduzsa, o zaman ABŞ-ın düşmənləri dünya nizamını müəyyən edəcək. 

Bunu NATO-nun keçmiş baş katibi lord Corc Robertson deyib. 

“Əgər ukraynalılar uduzsalar, Putin qalib gəlsə, biz hamımız uduzacağıq. Ukrayna üzərində qələbədən sonra Putin Moldova, Ermənistan və Qazaxıstanı təmizləyəcək, orada bufer-zona yaradacaq”./Axar.az  pizza sifarişi

Yenisabah.az xatırladır ki, son vaxtlar Rusiya-Ermənistan münasibətlərindəki gərginlik pik nöqtəsinə çatıb.

İrəvanın anti-Rusiya fəaliyyəti Moskvanı daha sərt addımlar atmağa vadar edib. Bu baxımdan, NATO-nun keçmiş baş katibi Lord Corc Robertsonunun xəbərdarlığını ciddi qəbul etmək lazımdır.

Analitiklər də hesab edirlər ki, Ukrayna üzərində qələbədən sonra Putin səmtini Ermənistana doğru çevirəcək. Paşinyanın “papadan artıq katolik” olmaq cəhdi 2 dövlət arasında dərin uçurum yaradıb. Putinin Ukraynada əldə edəcəyi qələbə Paşinyanı bu uçurumdan üzü aşağı yuvarlaya bilər. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!