ABŞ Qrenlandiya sakinlərinə Danimarkadan ayrılmaları üçün pul təklifini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Qrenlandiya sakinlərinə Danimarkadan ayrılmaları üçün pul təklifini müzakirə etdi

Siyasət

09 Yanvar 2026 01:08 767


ABŞ-nin məmurları Qrenlandiya sakinlərinə birdəfəlik ödənişlərin göndərilməsi imkanını müzakirə ediblər. Məqsəd onları Danimarkadan ayrılmağa və mümkün olduğu halda ABŞ-yə birləşməyə razı salmaq olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib.

Mənbələrdən ikisinin bildirdiyinə görə, söhbət adambaşına 10 min-100 min dollar məbləğində ödənişlərdən gedir. Adanın əhalisi təxminən 57 min nəfərdir. pizza mizza

Daha əvvəl "The Times" yazmışdı ki, Tramp administrasiyası Qrenlandiya üzərində nəzarəti əldə etməyə cəhd göstərə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!