ABŞ rəsmisi Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ rəsmisi Azərbaycana gəldi

Siyasət

13 İyun 2022 14:57 960


ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald iyunun 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"O, səfər zamanı hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Dövlət Katibinin Müavini Makdonald Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Bürosunun Avropa, Cənub və Mərkəzi Asiya üzrə fəaliyyətinə habelə çoxtərəfli və qlobal münasibətlər sahəsində çalışan heyyətə rəhbərlik edir. Dördpendirli pizza

Demokratiya, İnsan Hüquqları və Əmək Məsələləri üzrə Büro qanun aliliyi, insan haqları və əsas azadlıqlardada daxil olmaqla universal dəyərləri dəstəkləyir. Sözügedən dəyərlər demokratiyaya habelə güclü, sabit, firavan, və suveren dövlətlərin inkişafına təkan verir", - deyə diplomatik nümayəndəliyin məlumatında qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!