ABŞ rəsmisi Ceyhun Bayramova təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ rəsmisi Ceyhun Bayramova təşəkkür etdi

Siyasət

22 Oktyabr 2022 21:18 1006


ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkürünü bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) üzvlərinin nahar yeməyində iştirak edib. Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə xarici işlər nazirinə təşəkkürünü bildirib. O, ABŞ-ın Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə verdiyi dəstəyi, habelə qadınların iqtisadiyyatda iştirakının vacibliyini vurğulayıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!