ABŞ səfirliyi Ermənistandakı həmvətənlərinə xəbərdarlıq etdi: “Ordan qaçın”

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfirliyi Ermənistandakı həmvətənlərinə xəbərdarlıq etdi: “Ordan qaçın”

Siyasət

04 Noyabr 2022 20:33 1159


ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.

Məlumata görə, xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir. Dominos pizza

Səfirlik bildirir ki, nümayişlərdə gözlənilməz hadisələr ola bilər.

"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən qaçın, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!