ABŞ səfirliyi Şuşada mina partlaması ilə bağlı paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfirliyi Şuşada mina partlaması ilə bağlı paylaşım etdi

Siyasət

27 Aprel 2024 17:49 864


ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün Şuşada baş verən mina partlayışı barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib.

"Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - məlumatda bildirilib. Dördpendirli pizza

Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!