ABŞ Senatının Xarici Əlaqələr Komitəsi NATO-dan Finlandiya və İsveçi mümkün qədər tez bir zamanda qəbul etməyi tələb edən qətnamə qəbul edib.
Yenisabah.az "The Hill"ə istinadla xəbər verir ki, komitə bu iki dövlətin təhlükəsizlik alyansına daxil olmasını dəstəkləyibvə digər NATO üzvlərini də bunu etməyə çağırıb.
Komitənin üzvü Ceyms Riş səsvermədən sonra deyib: "Bu qətnaməni qəbul etmə Finlandiya və İsveçin NATO-ya üzvlüyü və Rusiyanın Ukraynaya səbəbsiz və qəddar işğalı qarşısında ittifaqın gücləndirilməsinin təcili ehtiyacının sübutudur. Mən çoxdan demişəm ki, İsveç və Finlandiyanın güclü siyasi və hərbi ənənələri onları ittifaq üçün ideal edir. Ümid edirəm ki, Senat komitənin göstərişinə əməl edəcək və bu qətnaməni tez bir zamanda qəbul edəcək”. Sezar pizza
Telegram kanalımız