“ABŞ Türkiyədə özünə yeni Zelenski seçib”

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ Türkiyədə özünə yeni Zelenski seçib”

Siyasət

07 Aprel 2023 10:45 1336


“ABŞ hakimiyyəti Ukraynada Volodimir Zelenski kimi prezidenti Türkiyənin başında görmək istəyir, çünki Vaşinqton ondan asılı siyasətçidə maraqlıdır”.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” nəşrində köşə yazarı Özgür Bayrak yazıb. 

“Türkiyədə seçkilər yaxınlaşır və ABŞ-ın Ərdoğanın qələbəsinə ehtiyacı yoxdur. Ona görə də onlar Kiyev hadisəsində olduğu kimi Ankarada öz adamlarını yerləşdirmək niyyətindədirlər ki, “yeni qan” Qərbin Rusiyaya qarşı mübarizəsində iştirak etsin. Yeni Zelenski roluna isə Türkiyə müxalifətindən aktyor artıq seçilib”.  pizza sifarişi

Bayrakın sözlərinə görə, bunun üçün Türkiyədəki müxalifətə Zelenski rolunu götürmək tapşırılıb. Lakin indiyədək ABŞ və Türkiyə müxalifəti arasında aparılan danışıqlar zamanı müəyyən razılığa gəlmək mümkün olmayıb.

Xatırladaq ki, bundan əvvəl Ərdoğan Türkiyənin qapılarının ölkəsindəki ABŞ səfiri Ceff Fleykin üzünə bağlı olduğunu bildirmişdi. Buna səbəb səfirin mayın 14-nə təyin edilmiş prezident seçkilərində Ərdoğanın əsas əqibi Kemal Kılıçdaroğlu ilə görşüməsidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!