“ABŞ Ukraynadakı münaqişəyə cəlb olunmayacaq” - Pentaqon rəhbəri

“ABŞ Ukraynadakı münaqişəyə cəlb olunmayacaq” - Pentaqon rəhbəri

Dünya

04 Dekabr 2022 11:01 375


ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Kiyevi dəstəkləməyə davam etməyə hazır olduğunu təsdiqləyib və ABŞ-ın Ukraynadakı münaqişəyə cəlb olunmayacağını vurğulayıb.

“Report” xəbər verir ki, bu barədə o, Ronald Reyqan Prezident Fondunun Kaliforniyada təşkil etdiyi forumda çıxışı zamanı bildirib.

ABŞ prezidenti Cozef Bayden administrasiyasının dəstəyinin Kiyev hakimiyyəti üçün həyati vacib olduğunu bildirən Ostin vurğulayıb ki, Vaşinqton Ukraynanın özünümüdafiə hüququnu lazım olduğu müddətcə dəstəkləməyə davam edəcək.

O, həmçinin qeyd edib ki, ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatındakı tərəfdaşları və müttəfiqləri ilə birlikdə NATO-nun bütün cinahlarını inamla müdafiə edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!