ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanı “daha təkmil” silahlarla, o cümlədən uzaqmənzilli raket sistemləri (MLRS) ilə təchiz etməyə başlamaq niyyətindədir.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu barədə bir neçə anonim qalmaq istəmiş mənbə məlumat yayıb.
Prezident Volodimir Zelenski MLRS-nin davamlı tədarükünə başlamaq tələbi ilə çıxış edir. Eyni zamanda, ABŞ hakimiyyəti başa düşür ki, bu addım münaqişənin kəskinləşməsinə gətirib çıxara bilər. Bu silahlar təkcə müdafiə üçün deyil, həm də Rusiya ərazisinə hücumlar üçün istifadə oluna bilər. Dördpendirli pizza
Ukrayna üçün daha bir yardım paketi gələn həftə elan edilməlidir. Daha ağır silahların tədarükü ilə bağlı müzakirələr bir neçə həftədir ki, davam edir, Bunun münaqişənin gərginləşməsinə səbəb ola biləcəyi qorxusu ilə yanaşı, ABŞ hakimiyyəti ölkədə bu sistemlərin ehtiyatlarının o qədər də böyük olmamasından narahatdır. Pentaqon rəsmiləri artıq silah istehsalçısı "Lockheed Martin"in baş direktoru ilə görüşərək MLRS istehsalının artırılmasını müzakirə ediblər.
Mayın 21-də ABŞ prezidenti Co Bayden Ukraynaya təqribən 40 milyard dollar məbləğində əlavə iqtisadi və hərbi yardım göstərən qanunu imzalayıb. Qanun layihəsi Ukraynanın maliyyələşdirilməsinə 24 milyard dolların ayrılmasını nəzərdə tutur. Qalan vəsaitlər iqtisadi yardım (8 milyard dollar), Ukrayna rəhbərliyinin işini dəstəkləmək, Ukraynanın kənd təsərrüfatı məhsullarının tədarükündən asılı olan dövlətlərin maraqları naminə ərzaq proqramlarının həyata keçirilməsi (5 milyard dollar), qaçqınlara yardım (1 milyard dollar)üçün nəzərdə tutulub. Həmçinin, rəsmi Kiyevin Rusiya qoşunlarının Ukraynada törətdiyi hərbi cinayətlərin araşdırılması ilə bağlı xərcləri də nəzərə alınır.
Mayın 19-da G7 ölkələri Ukraynaya 18,4 milyard dollar maliyyə dəstəyi ayırmaq qərarına gəliblər və Böyük Britaniyanın baş naziri Boris Conson Kiyev üçün əlavə 1,3 milyard funt-sterlinq hərbi yardım paketi elan edib. Britaniya Ukraynanı yeni uzaqmənzilli artilleriya, pilotsuz təyyarələr və gəmi əleyhinə raketlərlə təmin edəcək.
Telegram kanalımız