ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

Dünya

12 Yanvar 2024 01:24 397


Büdcə vəsaiti olmadığı üçün ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü dayandırıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

Vaşinqtonun Kiyevə silah tədarükü məsələsini şərh edən Ağ Evin nümayəndəsi “Bəli. Biz mövcud ehtiyatlardan sonuncu paketi ayırdıq və bunun üçün maliyyə vəsaitimiz var idi. Göstərdiyimiz yardım indi dayanma nöqtəsinə gəlib”,- deyə bildirib. Marqarita pizza

Qeyd edək ki, Vaşinqton administrasiyası təxminən dörd ay əvvəl İsrail və Ukraynaya kömək üçün 106 milyard dollar ayırmaq barədə Konqresə sorğu göndərib. Lakin sorğunun və alternativ qanun layihələrinin gələcək taleyi müəmmalı olaraq qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!