ABŞ dövlət katibi Entoni Blinken və Fransa xarici işlər naziri Jan-İv Le Drian telefonla Yaxın Şərq və Dağlıq Qarabağı müzakirə ediblər.
Yenisabah.az “Fox News”a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın danışıqlardan sonra payladığı yazılı açıqlamada deyilir.
Prays yazıb: “İki ölkənin xarici işlər nazirləri İsrail, İordan çayının qərb sahili və Qəzzada davam edən şiddətlə bağlı paylaşdıqları narahatlıqları və bölgədəki tərəfdaşları ilə sükunət əldə etmələrini müzakirə ediblər”. pizza sifarişi
Daha sonra sözçü əlavə edib: “Dövlət katibi Blinken və xarici işlər naziri Le Drian ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi əməkdaşlıqdan bəhs edib və Dağlıq Qarabağdakı münaqişənin uzunmüddətli siyasi həllinə ehtiyac olduğunu vurğulayıblar”.
Telegram kanalımız