ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski görüş keçirəcək.
“Yeni Sabah” “RİA Novosti”-yə istinadən xəbər verir ki, görüşün Varşavada keçirilməsi nəzərdə tutulub.
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Kiyevdə keçirdiyi brifinqdə məlumat verib. pizza hut
Bolton Ukrayna Prezidenti ilə danışığından dərhal sonra görüşün baş tutacağı barəsində açıqlama verib: "Mən iki prezidentin Varşavadakı görüşü ilə bağlı ümidlərimi bildirdim. Bir neçə gündən sonra bu görüşün təşkili üzərində çalışacağıq".
Qeyd edək ki, Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Vadim Pristayko Zelenskinin Polşa tərəfinin dəvəti ilə sentyabrın 1-də Varşavaya gedəcəyini təsdiqləyib
Telegram kanalımız