ABŞ Xankəndi ermənilərini məyus etdi - Yardım ayrılmadı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Xankəndi ermənilərini məyus etdi - Yardım ayrılmadı

Siyasət

29 Mart 2022 19:30 522


Ağ Evin bu gün açıqladığı 2023-cü maliyyə ili büdcə təklifində Bayden administrasiyası ABŞ-ı Ermənistana cəmi 24 milyon dollar yardım ayırmağa çağırıb. Amma sənəddə Qarabağdakı erməni separatçılara yardım üçün konkret məbləği nəzərdə tutulmayıb.

Yenisabah.az xəbər verir ki, ABŞ hökuməti Ermənistandan fərqli olaraq Azərbaycana 164 milyon dollardan çox hərbi yardım ayırmağı planlaşdırır. Bu da Ermənistan ayrılan vəsaitdən qat-qat çoxdur.

Sənəddə diqqət çəkən məqam isə ABŞ hökumətinin Xankəndidəki erməni separatçılaırna konkret maliyyə yardımı ayırmamasıdır. ABŞ hökumətinin bu addımı Amerikadakı erməniləri ciddi məyus edib. ABŞ hökuməti 2023-cü ildə Ermənistana 23,4 milyon dollar xarici yardım, 600 min dollar isə hərbi yardımın ayrılması planlaşdırılır.

Büdcənin ayrıca maddəsində Ermənistanda narkotiklərlə mübarizə və hüquq-mühafizə orqanlarına beynəlxalq xərclərə 6 milyon dollar ayrılması nəzərdə tutulur.Ölkə.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!