Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi - Video

Avto

30 İyun 2020 08:43 5337


Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.

“Yeni Sabah” xəbər verir ki, Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin 4 postu qurulub.

Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub. pizza hut

Abşeron rayon DYPŞ-nin baş inspektorunun verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimə edilib.

Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!