Abşeronda 8 manatlıq borca görə kişinin BOĞAZINI KƏSDİLƏR - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda 8 manatlıq borca görə kişinin BOĞAZINI KƏSDİLƏR - TƏFƏRRÜAT

Kriminal

18 May 2025 23:52 1190


Ötən gün Abşeronda iaşə obyektində törədilən qətlin təfərrüatı məlum olub.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşüb. Kafe sahibi bildirib ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.

İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir. pizza mizza

Hadisə baş verən əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!