Abşeronda iki qəsəbəni birləşdirən yol yenidən qurulur – Başçı əraziyə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda iki qəsəbəni birləşdirən yol yenidən qurulur – Başçı əraziyə gəldi

Avto

06 Mart 2020 17:27 1799


Abşeron rayonunda iki qəsəbəni birləşdirən yol yenidən qurulur. Rayonun Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsinə asfalt örtüyü çəkilir. 

“Yeni Sabah” xəbər verir ki, bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova qəsəbənin bir sıra ərazilərinə baş çəkib. 

İcra başçısı əvvəlcə Qara Qarayev küçəsi boyunca görülən işlərlə maraqlanıb. Məlumat verilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Mehdiabad qəsəbəsində sakinlərin gediş-gəlişininin yaxşılaşdırılması məqsədilə Qara Qarayev, Cəfər Cabarlı, Əhməd Cavad və Çingiz Mustafayev küçələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur.  Toyuqlu pizza

İ.Gülməmmədova Qara Qarayev küçəsində görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına dair bir sıra tapşırıqlar verib.

Daha sonra İ.Gülməmmədova adı çəkilən küçədə sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinləri dinləyən rayon rəhbəri mövcud problemləri araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıqlar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!