Aprelin 9-da Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, püskürmə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.
Püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. pizza hut
Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilib.
Telegram kanalımız