Abutalıbovun kadrı vəzifəsindən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Abutalıbovun kadrı vəzifəsindən azad olundu

Sosial

19 Aprel 2019 17:08 866


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəisin vəzifəsini kiçildib.

Samir Nuriyevin əmri ilə, Akif Abdullayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, idarə rəisinin birinci müavini vəzifəsinə təyin edilib. İdarənin rəis vəzifəsinin icrası isə Anar Quliyevə tapşırılıb.

Xəbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən  təsdiqləyiblər. pizza

Qeyd edək ki, bir müddət öncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi prezident İlham Əliyevin fərmanı ilə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansına daxil edilib. Hacıbala Abutalıbovun meriyaya rəhbərlik etdiyi illərdə Akif Abdullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi və rəisi olub.

Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!