“Abzas Media” işi üzrə həbs olunanlara əlavə İTTİHAMLAR

saytların hazırlanması

Evə çatdırılma

“Abzas Media” işi üzrə həbs olunanlara əlavə İTTİHAMLAR

Kriminal

20 Avqust 2024 16:56 646


"Abzas Media" işi üzrə həbs edilən jurnalistlərə əlavə ittiham verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya vəkil Cavad Cavadov məlumat verib.

Saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər - Hafis Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb. Toyuqlu pizza

Bunlar CM-nin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələrindən ibarətdir. Bu maddələrin sanksiyasında 12 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Cavad Cavadov həm müdafiə etdiyi Fərid Mehralızadənin, həm də digər təqsirləndirilənlərin ittihamları qəbul etmədiklərini bildirib.

Artıq cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaq üzrədir. Yaxın vaxtlarda məhkəmə başlayacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!