“AccessBank”dan müştəriləri narazı salan addım-   Depozit faizlərini endirdi

saytların hazırlanması

Evə çatdırılma

“AccessBank”dan müştəriləri narazı salan addım- Depozit faizlərini endirdi

İqtisadiyyat

29 May 2025 10:12 1211


“Unibank”dan sonra “AccessBank” da depozit faizlərini endirib. 

“Yeni Sabah” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bank müddətli əmanət faizlərini 0,5%-dək endirib. 

Belə ki, müddətin sonunda ödənişlər üzrə 24 aylıq depozit faizləri 12%-dən 11,5%-ə endirilib. Bu standart faiz dərəcəsi paketinə şamil edilir.  Sezar pizza

Bank bundan əlavə, müddətli əmanətlər üzrə elan etdiyi kampaniyalarda da faizləri endirib. 

Əvvəlki kampaniyaya nisbətən bu il mayın 1-dən elan edilən kampaniya üzrə 18 aylıq depozitlər üzrə faizlər 11,75%-dən 11,5%-ə, 24 aylıq paket üzrə 11,5%-dən 11%-ə endirilib. Bu faiz gəlirləri aylıq ödənilən depozitlərlə bağlıdır. Müddətin sonuna ödənişlə 18 aylıq və 24 aylıq depozitlər üzrə təklif edilən 12% və əlavə 0,25% bonus ləğv edilib və müvafiq olaraq 11,75% və 11,5%-ə endirilib. 

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!