“Ad günümə ən böyük hədiyyə azad olunan torpaqlarımızdır”   - 60 yaşlı yubilyar

saytların hazırlanması

Evə çatdırılma

“Ad günümə ən böyük hədiyyə azad olunan torpaqlarımızdır” - 60 yaşlı yubilyar

Mədəniyyət

01 Oktyabr 2020 12:59 1353


Bu gün Xalq artisti Mənsum İbrahimovun ad günüdür.

60 illik yubileyini qeyd edən xanəndə Yenisabah.az-a açıqlamasında doğum gününə ən böyük hədiyyənin torpaqların  alınması olduğunu deyib:

“Hazırda hamımızın ürəyi Qarabağla döyünür. Ürəyimiz əsgərlərimizin yanındadır. Mənim üçün bundan böyük hədiyyə yoxdur. Həmin hədiyyəni də Ali Baş Komandanımız döyüş əmrini verməklə etdi. Azərbaycan əsgəri də yavaş-yavaş torpaqlarımızı işğaldan azad edərək, bizə hədiyyə edir”. Sezar pizza

Sənətçi ad gününü Ağdamda qeyd etməyi planladığını bildirib:

“Gözləyirəm ki, torpaqlarımız tezliklə azad olunsun, gedib Ağdamda  yubileyimi qeyd edim. Orada sakinlərlə, əsgərlərlə hamımız birgə keçirək, çünki hamımız o günü gözləyirik. 27 ildir ki, o günü həsrətlə gözləyirəm, özüm o torpaqlardanam, bu səsi orada qazanmışam. Mahnılarımı gedib zəfər bayramında oxumaq istəyirəm. Bizim savaşımız haqq savaşıdır. Öz torpaqlarımızı geri almaq istəyirik, heç kimin torpağında gözümüz yoxdur. Allah ordumuzu müzəffər eləsin!”.

Qeyd edək ki,  Mənsum İbrahimov 1960-cı ildə Qarabağ bölgəsində anadan olub. Vokal sənəti ilə altı yaşından məşğul olmağa başlayıb. İlk ifalarından böyük uğur qazanıb. 25 yaşında artıq Şərqdə ilk Opera Teatrının solisti olub. Bir neçə beynəlxalq festivalın qalibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!