Adam oğurluğunda təqsirləndirilən şəxslərə ağır cəza istənildi

saytların hazırlanması

Evə çatdırılma

Adam oğurluğunda təqsirləndirilən şəxslərə ağır cəza istənildi

Kriminal

23 Fevral 2026 20:44 681


Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov, Fazil Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Yeni Sabah" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda prokuror müttəhimlərdən Nurlan Zeynalovun 13 il, Fazil Hacıyev, Ruslan Məmmədovun və Ağa Tarverdiyev isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Vəkilləri müdafiə çıxışı üçün vaxt istəyiblər. Marqarita pizza

Növbəti iclas martın 2-nə təyin olunub.

Xatırladaq ki, iş materiallarına əsasən, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!