“Separatçıların bütün niyyətləri Azərbaycanı gözdən salmağa yönəlib. Adamdan soruşarlar ki, sən ərzaq almaq üçün Laçın nəzarət-buraxılış məntəqəsindən Ermənistana getdin, qabağını kəsdilər? Yaxud Ermənistandan Qarabağa ərzaq daşındı, Azərbaycan tərəfi buna maneçilik törətdi? Ümumiyyətlə, belə bir presedent varmı? Yox!”
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, Qarabağ separatçılarının bölgədə toy və yas mərasimlərinin məhdud sayda keçirilməsi qaydalarının pərdəarxası məqamlarına toxunub: Pepperoni pizza
“Siz, özünüz bölgənin humanitar böhrana məruz qalması haqqında saxta görüntülər yaratmağa çalışırsınız və bu görüntülərlə dünya ictimai rəyinə bu kimi alçaq fikirləri yeridirsiniz ki, azərbaycanlılar qəddardırlar, onlar normal yaşamağımıza mane olur və ona görə də Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası mümkün deyil”.
Analitikin fikrincə, separatçıların əsas məqsədi özlərinin düzüb-qoşduğu müxtəlif hədyanları dünya ictimai rəyinə sırımaqdan ibarətdir:
“Bu məsələdə ruslar da onlara yaxından kömək edir. Heç ola bilərmi ki, ruslar karvan-karvan Ermənistandan ərzaq daşısın, amma Qarabağ ermənilərini bunu verməsin? Özü də onlar çox vaxt Qarabağ ermənilərinə yüklərin hamısını humanitar yardım adı altında daşıyırlar. Bütün bunlar növbəti şou və təxribat vasitəsidir ki, separatçılar bundan sonra da bu kimi təxribatlara əl atmaqda davam edəcəklər.
Gəlin, Qarabağın dağlıq hissəsinin bütün təchizatı rəsmi Bakı tərəfindən ödənilsin. Yaxşı, əgər siz aclıqdan ölürsünüzsə, yaxud nəyəsə ehtiyac duyursunuzsa, Azərbaycanın etdiyi təklifi niyə qəbul etmirsiniz? Üstəlik, Azərbaycan cəmiyyətinə inteqrasiya haqqında fikirləri Qarabağda yaşayan əhalinin hamısı müdafiə edir? Ola bilsin ki, separatçı “liderlər”in qorxusundan əhalinin müəyyən hissəsi bu işə "yox" desin. Amma bizdə olan məlumatlara görə, azı 60-70% əhali bu saat Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə tərəfdardır, eləcə də bölgənin bütün təchizat sisteminin Bakı tərəfindən yerinə yetirilməsinə də razıdırlar. Bunlar yaxşı bilirlər ki, Azərbaycan bunlarla eyni ərazi bütövlüyündə yaşayıbsa, bundan sonra da yaşaya bilər. Bu barədə ermənilərlə illərə söykənən təcrübəmiz var”.
Üstəlik, ermənilərin özü də bilir ki, Azərbaycan xalqı humanist xalqdır və artıq müharibə dövrü başa çatıb, post-müharibə dövrünün problemlərini həll etməliyik. Onların içərisində duran ən mühüm məsələlərdən birincisi də Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyasıdır. Azərbaycan bu barədə hər hansı bri beynəlxalq öhdəliyi və konvensiyanı pozmaq fikrində deyil və bununla bağlı lazımi tədbirləri də görəcək".
"Bildiyimə görə, Xankəndi erməniləri ilə Bakı arasında təmaslar artıq yaranıb, o cümlədən onun əhatə dairəsi genişlənir. Bu təmaslar artıq reinteqrasiya danışıqlarına çevrilə bilər”, – deyə siyasi təhlilçi fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız