Adəm Məmmədov vəkilliyə qayıtdı

Adəm Məmmədov vəkilliyə qayıtdı

Digər Veb saytların hazırlanması

12 Aprel 2019 00:44 2854


“Prezidentimiz son fərman və sərancamları ilə Azərbaycanda yeni bir dönəmin başladığını elan edib, ortaya siyasi iradə qoydu. Əsasən də, 03.04.2019-cu il tarixli məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqındakı fərmanı məni bir neçə ay bundan əvvəl peşəkar vəkillik fəaliyyətimi dayandırmaq barədə qəbul etdiyim qərara yenidən baxmağa vadar etdi. Mən peşəkar vəkillik fəaliyyətimə qayıdıram!”

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Adəm Məmmədov öz “facebook” səhifəsində yazıb. Fərmandakı müddəalara öz münasibətini açıqlayacağını bəyan edən vəkil, rəhbəri və aparıcısı olduğu “Hüquq və Ədalət” verilişini də bərpa etdiyini bildirib: 

“Gələcəkdə, onsuz da, mükəmməl olan bu fərmandakı müddəalara öz peşəkar münasibətimi bildirəcəyəm. 5 illik fəaliyyətimdə 42 bəarət qərarının qəbul edilməsinə nail olmuş bir vəkil kimi, qarşınızda söz verirəm: bu yeni prinsipial dönəmdə yuxarıdakı göstəricilərimi artırmaqla bərabər, həm də vətəndaşlarımızın ağrılı yeri olan bəzi hakimlər tərəfindən ədalətsizcəsinə pozulmuş mülki hüquqlarının bərpasında yaxından iştirak edəcəyəm.

Eyni zamanda layihə rəhbəri və aparıcısı olduğum “Hüquq və Ədalət” verilişi artıq bərpa olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!