Adı Şuşayla qoşa çəkilən DAHİ - Üzeyir Hacıbəyovun ölümündən 72 il keçir

saytların hazırlanması

Evə çatdırılma

Adı Şuşayla qoşa çəkilən DAHİ - Üzeyir Hacıbəyovun ölümündən 72 il keçir

Mədəniyyət

23 Noyabr 2020 17:50 1203


Bu gün Üzeyir Hacıbəyovun anım günüdür. Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan Üzeyir Hacıbəyov 1948-ci ildə Bakıda vəfat edib.

Yenisabah.az xəbər verir ki, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin banisi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə Şuşa yaxınlığındakı Ağcabədi kəndində mirzə ailəsində doğulub və bir aydan sonra onun ailəsi Şuşaya köçüb. İlk təhsilini Şuşadakı iki sinifli rus-türk məktəbində alıb. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyeton və satirik miniatürlər dərc etdirib.Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" muğam operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub.

Böyük Vətən müharibəsi illərində faşist işğalçılarının darmadağın olunması üçün milyonlarla ölkə sakini kimi Ü.Hacıbəyov da əlindən gələn koməyi edirdi. Onun Dövlət Bankına şəxsi əmanətlərindən “Azərbaycan İncəsənəti” tank dəstəsinin istehsalı üçün 25.000 rubl köçürməsi, eləcə də digər xidmətləri bu şəxsiyyətin tariximizdəki misilsiz xidmətlərindəndir. Marqarita pizza

Qeyd edək ki, Üzeyir Hacıbəyovun yaradıcılığında Qarbağ, Şuşa mövzusu qırmızlı xətlə keçir. Dahi bəstəkarı ömrünün sonuna kimi Şuşa sevgisi bir an belə tərk etməyib. Buna görə də Üzeyir bəyin adı həmişə Şuşayla qoşa çəkilib...

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!