Adil Əliyev təltif olundu

saytların hazırlanması

Evə çatdırılma

Adil Əliyev təltif olundu

Siyasət

28 İyul 2022 15:46 3783


Daxili İşlər Naziri Vilayət Eyvazov millət vəkili Adil Əliyevi təltif edib.

Yenisabah.az xəbər verir ki, A. Əliyev bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" medalı ilə təltif edilməsi münasibətilə millət vəkili Daxili İşlər Nazirinə təşəkkür edib:

“Azərbaycan Respublikasının daxili işlər naziri, general - polkovnik Vilayət Eyvazovun müvafiq əmriylə "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edildim. Ölkəmizdə polis orqanlarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər zaman bu quruma yüksək diqqət və qayğı göstərilmişdir.  Marqarita pizza

Fəxr edirəm ki, mən və yaxınlarım istər Ulu Öndərin, istərsə də Müzəffər Ali Baş Komandanın dövründə daxili işlər orqanlarında şərəfli xidmət yolu keçmişik. Cənab nazirə bir daha minnətdarlığımı bildirir, rəhbərlik etdiyi kollektivə uğurlar arzu edirəm.”


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!