Xəbər verdiyimiz kimi, millət vəkili Adil Əliyev sosial şəbəkə hesabında növbəti dəfə Ramiz Mehdiyevi tənqid edib. O, bu dəfə Ramiz Mehdiyevin təsiri ilə öz ailəsinin söyülməsi, ailəsinə qarşı sosial şəbəkə təxribatı aparılmasından şikayətlənib.
A.Əliyevin bəyanatını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Sabah”a bildirib ki, Ramiz Mehdiyevin hökumətə təsir gücü əvvəl olduğu kimi güclü olmasa da, hələ də qalmaqdadır:
“Mən bu məsələni klandaxili və ya hakimiyyətdaxili qarşıdurma kimi deyil , yalnız təhlükəsizlik baxımından şərh edərdim. 25 ildən çox müddətdə Ramiz Mehdiyev hakimiyyətdə ikinci şəxs olub. Bu müddətdə onun istər siyasi, istər maddi kapitalı kifayət qədərdir. Onun təsiri altında, xüsusən də öz bölgəsindən olan xeyli vəzifəli şəxs var və hələ də təsiri güclüdür. Mehdiyevin vəzifəyə təyin etdiyi insanların bəzən işdən çıxarılması müəyyən gərginlik yaradır. pizza
Adil Əliyevin də öncədən hakimiyyət daxilində iqtidara qarşı güclü komanda olması ilə bağlı açıqlaması bir növ çağırış xarakterli idi. İstər-istəməz o özünə bu yazıdan sonra hücumlar gələcəyini də hesablamalı, bilməli idi. Ona görə də, hesab edirəm ki, bunların hakimiyyətdaxili oyunlarını artıq hüquq mühafizə orqanları yox, təhlükəsizlik orqanları diqqətdə saxlamalıdır.
Vitse spiker qeyd etdiyi kimi təhlükəsizliyi təhdid olursa, onun statusu imkan verir ki, həm öz təhlükəsizliyi baxımından, həm də siyasi hakimiyyətə hər hansı təhlükənin gəlmə ehtimalı baxımından xüsusi xidmət orqanlarına müraciət etməli və ya elə yayılan məlumatlara əsaslanaraq təhlükəsizlik orqanları işi öz öhdələrinə götürməlidir. Əks halda istər Adil Əliyevin şəxsinə, istərsə də siyasi hakimiyyətə istər Adil Əliyevin şübhələndiyi Ramiz Mehdiyev, istərsə də hakimiyyətdaxili əks qüvvələrin əməlləri xoşagəlməz nəticələrə gətirib çıxara bilər”.
İ. İsmayıl həmin reportajın AMEA-nın rəsmi saytında da yayımlanmasını demokratiya göstəricisi olmadığını diqqətə çatdırıb: “O özü də bir göstərişdir. Demokratiyadan söhbət belə gedə bilməz, süjetin rəsmi sayta qoyulması özü də bir tapşırığın icrasıdır”.
Nurlan Cəfəri
Telegram kanalımız