ADO məhkəmədə tamaşa göstərmək istədi, hakim razılaşmadı

saytların hazırlanması

Evə çatdırılma

ADO məhkəmədə tamaşa göstərmək istədi, hakim razılaşmadı

Mədəniyyət

11 İyun 2020 17:50 1376


Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin ADO teatrına qarşı apellyasiya şikayətinə baxılıb. Prosesə hakim Ülvi Mayılov sədrlik edib.

Bu barədə məlumatı Yenisabah.az-a ADO-nun rəhbəri Elmin Bədəlov verib.

“Meriya apellyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin performansa baxmadan qərar çıxardığını qeyd etməsi səbəbi ilə, ADO teatrı bu gün məhkəmədə performans göstərmək istədi. Hakim isə bununla razılaşmadı. Meriya məhkəmədən birinci instansiya məhkəməsinin qərarının ləğvini tələb etdi. Hakim iddianı əsaslandırmaq üçün meriyaya vaxt verdi. Eyni zamanda meriya teatrdan göstərəcəyi performansın konsepsiyasını təqdim etməyi tələb edib”, - deyə Elmin Bədəlov bildirib. pizza hut

Məhkəmə prosesi iyulun 2-si saat 11:15-də keçiriləcək. Növbəti prosesdə qərar veriləcəyi gözlənilir.

ADO Bakı küçələrində performanslar göstərmək istəyir, lakin dövlət qurumları məsələ ilə bağlı yekun qərara gələ bilmirlər. Birinci instansiya məhkəməsi 30 dekabr 2019-cu il tarixində teatrın iddiasını təmin etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!