ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - VİDEO

Sosial

10 Aprel 2026 22:03 524


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və yerli sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır. Marqarita pizza

Digah qəsəbəsi, Bakıxanov küçəsində kanalizasiya şəbəkəsi olmayan gölətrafı evlərə və həyətyanı sahələrə yığılan yağış sularının Bağlar Sukanal İdarəsinin quraşdırdığı nasoslar vasitəsilə ərazidən gölə təxliyə edilməsi işləri davam etdirilir.

Bağlar Sukanal idarəsinin əməkdaşları Məmmədli kəndi N.Nərimanov küçəsindəki tullantı su şəbəkəsi olmayan ərazidən evlərə və həyətyanı sahələrə yığılan yağış sularının təmizlənməsi işlərini icra edirlər.

Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsi, döngə 2 ünvanında intensiv yağışlar nəticəsində toplanmış sular nasos vasitəsilə ərazidən kənarlaşdırılır.

Nadir Quliyev küçəsində nasos quraşdırılıb. Nasosun çıxış xəttindən diametri 160 mm-lik boru xətti çəkilərək yağış sularının kənarlaşdırılması həyata keçirilir.

Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivinə intensiv yağışlar nəticəsində toplanmış sular quraşdırılmış nasos vasitəsilə ərazidən kənarlaşdırılır.

Sabunçu rayonu, Sabunçu vağzalının qarşısı yağış sularından təmizlənir. Novxanı bağlarının kanalizasiya şəbəkəsi olmayan ərazilərindən yağış sularının təxliyə edilməsi işləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!