Aeroport yolunda piyadanı avtomobil vurub öldürdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Aeroport yolunda piyadanı avtomobil vurub öldürdü - Fotolar

Hadisə

02 İyul 2020 23:40 1134


Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, qəza Aeroport şossesində qeydə alınıb.

Şəxsiyyəti hələlik naməlum olan və təxminən 40-45 yaşlı kişi piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyib. Marqarita pizza

Bu zaman onu “Toyota” markalı minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Əraziyə Xəzər Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşları hadisəni törədən sürücünü saxlayıb. Faktla bağlı araşdırma aparılır.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!