Aeroport yolundakı ağır qəzanın videosu yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Aeroport yolundakı ağır qəzanın videosu yayıldı

Avto

10 İyul 2019 12:05 2829


Heydər Əliyev prospekti, Bakı Olimpiya stadionunun qarşısında baş verən iki qəza anı kameraya düşüb. 

Təxminən eyni ərazidə baş verən hər iki qəza nəticəsində idarəetməni itirən sürücülər bardürü aşaraq əks yola düşürlər.

İlk videoda “Tayota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur. pizza sifarişi

İkinci video sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. Nəticədə avtomobil bardürü keçərək yolun digər tərəfinə keçir. Videogörüntünü təqdim edirik:

Avtosfer 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!