Aeroportda 1.3 kiloqram narkotik tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Aeroportda 1.3 kiloqram narkotik tutuldu

Kriminal

02 Fevral 2019 22:49 1024


Hava Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1966-cı il təvəllüdlü İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar terminalının qarşısında  saxlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, idarəyə gətirilən İ.Ələsgərovun üzərində şəxsi axtarış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Həmin maddə tədqiq olunması üçün məhkəmə ekspertizasına göndərilib. Ekspertin verdiyi rəyə əsasən məlum olub ki, tədqiq edilmiş maddə narkotik vasitə olan qurudulmuş marixuanadır və çəkisi 1 kiloqram 34 qramdır.

Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı Naxçıvan Muxtar Respublikasına aparan zaman polislər tərəfindən saxlanıldığını bildirib.  Toyuqlu pizza

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!