Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib.
Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib. Sezar pizza
Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir. (Axşam.az)
Telegram kanalımız