“Afaq Bəşirqızı yanlış fikir söyləyib” – Cavanşir Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Afaq Bəşirqızı yanlış fikir söyləyib” – Cavanşir Quliyev

Mədəniyyət

22 Aprel 2020 11:09 7934


“Afaq Bəşirqızı yanlış fikir söyləyib. Gəlib Bakıda nərdivan altında doğmaq pis şey deyil”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Şimali Kiprdə yaşayan bəstəkar Cavanşir Quliyev AzadlıqRadiosuna müsahibəsində deyib.

O, bildirib ki, Afaq Bəşirqızının sözügedən müsahibəsinin bir parçasını dinləyib: “Amma onu dinləmək kifayət edirdi. Bu, birincisi. Kim deyir, o pis işdir? Qadın uşaq doğar. Onun üçün qadını heç kim ittiham edə bilməz.  pizza hut

İkincisi, insanın haradan gəlib harada yaşamağını heç kəs müəyyənləşdirə bilməz. Buna insan özü qərar verər. 

Üçüncüsü, bu insanlar rayondan Bakıya niyə gəlir? Bax, o səbəb araşdırılmalıdır. İnsanın həyatı rayonda yaxşı keçirsə, Bakıya niyə gəlməlidir? Deməli, yaşamaq imkanı yoxdur. O üzdən hesab edirəm ki, yanlış mövqedir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!