“Afaq Bəşirqızının fikirləri qərəzli, qeyri-obyektiv və əsassızdır“ - Hacı İsmayılov

saytların hazırlanması

Evə çatdırılma

“Afaq Bəşirqızının fikirləri qərəzli, qeyri-obyektiv və əsassızdır“ - Hacı İsmayılov

Mədəniyyət

22 Oktyabr 2019 16:23 1998


Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Xalq artisti Afaq Bəşirqızının İttifaq barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, H. İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, A. Bəşirqızının ittihamlarının əsası yoxdur.

“Afaq Bəşirqızının fikirləri qərəzli, qeyri-obyektiv və əsassızdır. Mən onun niyə bu cür danışdığını anlamıram. Niyə özünün qazandığı hörməti, sənətkarlarımızın ona qarşı bəslədiyi xoş və səmimi münasibəti aşağı salır? Ümumiyyətlə heç bir sənətkara belə işlərə qarışmağı arzu etmirəm. Hər kəs, o cümlədən də aktyor aktyorluqla, rejissor da rejissorluqla məşğul olmalıdır”, - deyə H. İsmayılov vurğulayıb. Toyuqlu pizza

Qeyd edək ki, Xalq artisti A. Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, İttifaqın nəyə xidmət etdiyi naməlumdur. O Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!